Pley-offa yüksələnlər və pley-in cütlükləri müəyyənləşib

Xəbərlər
6 Aprel 2025 16:35
61
Pley-offa yüksələnlər və pley-in cütlükləri müəyyənləşib

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb.

İdman.biz xəbər verir ki, 20 turluq mübarizədən sonra komandaların yarışı hansı mərhələdə davam etdirəcəkləri müəyyənləşib.

A qrupunun lideri "Sabah", ikinci olan "Naxçıvan" və 3-cü yeri tutan "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin ediblər. Onlarla yanaşı B qrupunun qalibi "Şəki" də pley-offa çıxıb.

Reqlamentə əsasən, digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.

Pley-in cütlükləri:
"Sumqayıt" - "Sərhədçi"
"Gəncə" - "Lənkəran"
"Ordu" - "Quba"
"Abşeron" - NTD

Qeyd edək ki, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.

İdman.biz