Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 3X3 yarışları təxirə salınıb.
İdman.biz-in yarışa ezam olunan əməkdaşı xəbər verir ki, buna hava şəraiti səbəb olub.
Səhər saatlarında qar yağdığı üçün meydan hələlik oyun üçün hazır deyil. Görüşlərin Bakı vaxtı ilə 16:00-da başlaması gözlənilir.
Daha öncə tennis, kamandan oxatma və çimərlik voleybolu üzrə yarışlar da təxirə salınıb.
Qeyd edək ki, Azərbaycanın oğlanlardan ibarət komandası bu gün Serbiya-2 və Meksika ilə, qızlardan ibarət millisi isə Rumıniya və Serbiya-2 ilə qarşılaşacaq.
İdman.biz