Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək komandalardan 8-i dəqiqləşib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı turnirdə daha 5 yığma və 2 klub da mübarizə aparacaq.
Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya milliləri Bakıda meydana çıxacaq. Çexiyanın “Praqa” və İtaliyanın “Roma” klubları da iştirakçılar arasında yer alıblar. Ümumilikdə isə yarışa 12 komanda qatılacaq.
Qeyd edək ki, Bakı mərhələsi mayın 26-27-də keçiriləcək.
İdman.biz