Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunları çərçivəsində 3x3 basketbolu davam edir.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Oyunlarda Azərbaycanın qız və oğlan komandaları növbəti matçlarına çıxıblar.
Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz B qrupunda Serbiya-2 (18:0) qalib gəldikdən sonra Rumıniyaya (10:20) uduzsalar da, bu gün Hindistan-1-i 21:1, Estoniyanı 9:7 hesabı ilə məğlub edib. 4 oyundan sonra Azərbaycan yığması qrupda 4-cü yerdədir.
Millimiz aprelin 10-da Çilinin 2-ci komandası (saat 16:40) və Ukrayna (17:40) ilə görüşəcək.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz isə ilk qarşılaşmasında Meksika məğlub etdikdən (11:8) sonra bu gün Çili-1-ə 7:17 hesabı ilə uduzub, Beninə 14:4 və Serbiya-2-yə 21:10 hesabı ilə qalib gəliblər.
B qrupunda yer alan komandamız 4 görüşdən sonra ikinci pillədədirlər. Basketbolçularımız aprelin 10-da Kosta-Rika (16:20) və Nepalla (17:20) qarşılaşacaq.
Qeyd edək ki, oğlanların yarışında 21 komanda üç qrupa bölünüb. Hər qrupdan beş, həmçinin ən yaxşı altıncı komanda 1/8 finala yüksələcək.
Qızların turnirində 14 komanda iştirak edir. Hər qrupdan dördü 1/4 finala yüksələcək.
İdman.biz