NBA təmsilçisi "Denver Naggets" müntəzəm çempionatın sonuna 3 tur qalmış baş məşqçi Mayk Melounla yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.
54 yaşlı mütəxəssis 2015-ci ildən komandaya rəhbərlik edib. Melounun rəhbərliyi ilə Kolorado basketbolçuları 2023/2024-cü illər mövsümündə NBA çempionu olublar.
Qeyd edək ki, "Denver" bu mövsümdə keçirdiyi 79 oyunun 47 matçında qələbə qazanıb, 32-də uduzub. Son 4 oyunda məğlub olan komanda Qərb Konfransında 4-cü pillədə qərarlaşıb.
İdman.biz