“Gəncə”dən əzmkar qələbə

Xəbərlər
10 Aprel 2025 15:58
97
“Gəncə”dən əzmkar qələbə

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Gəncədə eyniadlı komanda “Lənkəran”a qalib gəlib. “Abşeron” isə NTD ilə üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
Pley-in, ilk oyunlar
10 aprel

14:00. “Gəncə” – “Lənkəran” 96:92 (22:22, 25:27, 16:21, 33:22)
Gəncə İS

19:00. “Abşeron” – NTD - oyun təxirə salınıb
Abşeron OİK

Qeyd edək ki, digər iki cütdə ilk matçlar sabah keçiriləcək. Yarışın reqlamentinə əsasən, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.

İdman.biz