Gimnaziada: Basketbol millilərimiz mərhələ adlayıb - FOTO

Xəbərlər
10 Aprel 2025 19:57
85
Gimnaziada: Basketbol millilərimiz mərhələ adlayıb - FOTO

Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3x3 basketbol yarışlarında qrup mərhələsinin son matçları keçirilib.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın qız və oğlan komandaları növbəti matçlarına çıxıblar.

Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz B qrupunda Çili-2-ni 12:1, Ukraynanı 16:14 hesabı ilə məğlub edib. Daha öncə Serbiya-2-yə (18:0) və Hindistan-1-ə (21:1) ilə qalib gəlib, Estoniya (7:9) və Rumıniyaya (10:20) isə basketbolçularımız qrup dördüncüsü kimi 1/4 finala vəsiqə qazanıb. Komandamız aprelin 11-də Çinlə qarşılaşacaq.

Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz bu gün ilk qarşılaşmada Kosta Rikanı 19:5, Nepalı 18:10 hesabı ilə üstələyib. Daha əvvəl Meksikanı (11:8), Benini (14:4) və Serbiya-2-ni (21:10) məğlub edib, Çili-1-ə 7:17 hesabı ilə uduzan yığma qrup ikincisi kimi 1/8 finalda iştirak hüququ qazanıb. Komandamız sabah yenidən Kosta Rika ilə üz-üzə gələcək.

Qeyd edək ki, basketbol yarışları aprelin 11-də yekunlaşacaq.

İdman.biz