Puerto-Riko klubu Sumqayıtda oynayacaq

Xəbərlər
11 Aprel 2025 15:42
67
Puerto-Riko klubu Sumqayıtda oynayacaq

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Sumqayıt mərhələsinin iştirakçılarından altısı dəqiqləşib.

İdman.biz xəbər verir ki, millimizin rəqibləri arasında 4 yığma və 1 klub olacağı müəyyənləşib.

Qazaxıstan, Latviya, Fransa və Polşa milliləri Sumqayıtda iştiraklarını təsdiqləyiblər. Puerto-Rikonun “Karolina" klubu da turnirə qatılacaq.

Qeyd edək ki, 12 komandanın qatılacağı mərhələ iyulun 26-27-də keçiriləcək.

İdman.biz

Məqalədə: