Azərbaycan çempionatında əcnəbi hakimlər - FOTO

Xəbərlər
12 Aprel 2025 13:23
74
Azərbaycan çempionatında əcnəbi hakimlər - FOTO

Azərbaycan Basketbol Liqasına (ABL) xarici hakimlər dəvət olunub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Çempionatın pley-in və pley-off mərhələlərinin oyunlarını idarə etmək üçün FİBA dərəcəli iki əcnəbi hakimə
dəvət göndərilib. Təcrübəli referilər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq pley-inin ilk oyununda da hakimlər briqadasında yer alıblar. Bu addım həm matçların daha ədalətli keçməsi, həm də gənc yerli hakimlərin təcrübə toplamasına xidmət edir.

Qeyd edək ki, pley-in mərhələsinin ilk oyunları aprelin 10-11-də keçirilib. İkinci görüşlər ayın 13-14-də baş tutacaq.

İdman.biz

Məqalədə: