"Bu mövsüm yaxşı kollektiv qurduğumuzu düşünürəm".
İdman.biz xəbər verir ki, bu sözləri "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqası pley-in mərhələsi çərçivəsində "Lənkəran"a qalib gəldikləri oyunla (100:74) bağlı fikirlərini bildirərkən deyib.
O, ölkəmizə gələndə ilk hədəfinin "Gəncə"ni təkrar pley-offlara daşımaq olduğunu deyib: "Azərbaycan kubokunda final oynadıq. İndi də çempionatda həlledici mərhələyə vəsiqə qazandıq. Bunu gəncəlilərə həsr edirik. Bu mövsüm qurduğumuz komandaya və büdcəyə görə, məncə, yaxşı işlər gördük. Oyunçularımın hamısına bir-bir təşəkkür edirəm. Addım-addım irəliləyib əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Növbəti rəqibimiz ilə oyunlara köklənirik. Azarkeşlərimizə də səslənirəm. Onların dəstəyi bizi həm xoşbəxt edir, həm də güc verir. İşin ən önəmli hissəsinə gəldik. Fanatların dəstəyinə hər zaman olduğundan daha çox indi ehtiyac olacaq. Onları oyunlarımızda görmək istəyirik. Hər şeyə görə azarkeşlərə təşəkkür edirəm".
İdman.biz