Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Yığmamız dünyanın 36-cısıdır. Komandanın hesabında 93,106 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 1 pillə geriləyib.
Qeyd edək ki, cədvələ Kanada millisi başçılıq edir – 530,573 xal.
İdman.biz