Şəhriyar Əsgərov: "Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı"

Xəbərlər
14 Aprel 2025 16:38
68
Şəhriyar Əsgərov: "Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı"

"Əlimizdən gələni etdik. Amma serb hakim kobud səhvə yol verdi".

İdman.biz xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında "Ordu" ilə keçirdikləri oyunu şərh edəərkən deyib.

Mütəxəssis məğlubiyyətə görə hakimi qınayıb: "Üç xal uduzduğumuz vaxtda üç xallıq atış etdik, həkim də hücum foulu qeydə aldı. Bu da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi. Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirlər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı. Rotasiyamız geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".

Qeyd edək ki, “Quba” bu gün keçirilən qarşılaşmada “Ordu”ya 88:92 hesabı ilə məğlub olub.

İdman.biz