NBA-da "Finiks Sanz" baş məşqçi Mayk Budenholzerlə yollarını ayırıb.
İdman.biz xəbər verir, müntəzəm çempionatdakı uğursuz nəticələrdən sonra bu addım atılıb.
55 yaşlı mütəxəssis müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. "Finiks" ardıcıl 3-cü mövsümdə baş məşqçisi ilə yollarını ayırır.
Qeyd edək ki, komanda müntəzəm çempionatda keçirdiyi 82 oyunun yalnız 36-da qələbə qazanıb, 46-da uduzub. Mayk Budenholzer 2021-ci ildə "Miluoku Baks"la NBA çempionu titulunu yiyələnib.
İdman.biz