Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin üçüncü oyunlarının vaxtı bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Pley-offun son iki iştirakçısı aprelin 16-da müəyyənləşəcək. Sabahkı qarşılaşmalarda “Sumqayıt” “Sərhədçi”ni, “Abşeron” NTD-ni qəbul edəcək.
Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki oyunda qalib gəlib.
Azərbaycan Basketbol Liqası
Pley-in, 3-cü oyunlar
16 aprel
19:00. “Sumqayıt” – “Sərhədçi”
Sumqayıt OİK
19:00. “Abşeron” - NTD
Bakı İS
İdman.biz