“Sumqayıt” “Sərhədçi”yə, “Abşeron” NTD-yə qarşı

Xəbərlər
16 Aprel 2025 09:54
132
“Sumqayıt” “Sərhədçi”yə, “Abşeron”  NTD-yə qarşı

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-inə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, 3-cü oyunlar çərçivəsində iki matç baş tutacaq.

Hərəyə bir qələbə qazanan “Sumqayıt”la “Sərhədçi” pley-offa vəsiqə üçün üz-üzə gələcək. Digər qarşılaşmada isə “Abşeron” və NTD ikinci qələbə üçün mübarizə aparacaq.

Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki matçda qalib gəlib.

Azərbaycan Basketbol Liqası
Pley-in, 3-cü oyunlar
16 aprel
19:00. “Sumqayıt” – “Sərhədçi”

Sumqayıt OİK
Seriyada hesab – 1:1

19:00. “Abşeron” - NTD
Bakı İS
Seriyada hesab – 1:1

İdman.biz