Azərbaycan Basketbol Liqasının pley-offunda çıxış edəcək bütün komandaların adlarına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, son çempion "Sabah"ın rəqibi bəlli olub.
Riman Kurtinaytisin komandası pley-in mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdıran "Sərhədçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu gün 3-cü görüşdə qələbə qazanan "Abşeron" isə "Naxçvan"la qarşılaşacaq.
Daha əvvəl "Neftçi"nin "Ordu", "Şəki"nin isə "Gəncə" ilə qarşılaşacağı dəqiqləşmişdi.
Azərbaycan Basketbol Liqası
Pley-off
“Neftçi” - “Ordu”
"Sabah" - “Sərhədçi”
“Abşeron” - "Naxçıvan"
"Şəki" - "Gəncə"
İdman.biz