Tahir Baxşıyev: "Çempionatda mövsüm uğursuz alındı"

Xəbərlər
16 Aprel 2025 23:41
57
Tahir Baxşıyev: "Çempionatda mövsüm uğursuz alındı"

"Belə bir oyundan sonra danışmaq çətindir. Fikirləşirdik ki, hər şey başqa cür olacaq. Bu, idmandır. Ola bilsin ki, biz sadəcə emosional baxımdan tükəndik".

İdman.biz xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev "Abşeron"la oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

Gənc mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində qeydə alınan 74:81 hesablı məğlubiyyəti şərh edib: "Hər kəs uğur qazanmaq istəyirdi. Xüsusilə ölkə kubokundakı qələbədən sonra istək çox böyük idi. Bu komandanın potensialı daha yüksək idi. Amma istədiyimizi göstərə bilmədik. “Abşeron”u təbrik edirəm və onlara daha da irəliləməyi arzulayıram. Yenə də, bu idmandır. Burada həm qələbələr, həm də məğlubiyyətlər olur. Biz ölkə kubokunu qazandıq. Amma çempionatda mövsüm uğursuz alındı. Mövsümə gənc oyunçularla başladıq. Sonra komandaya daha təcrübəli oyunçular qoşuldu. Onlar ölkə kubokundakı qələbəmizə əhəmiyyətli töhfə verdilər. “Abşeron”a qarşı oyunlarda isə aparıcı oyunçuların yorğunluğu və zədələr sözünü dedi. Amma biz bəhanə axtarmırıq".

Qeyd edək ki, ölkə kubokunun qalibi olan NTD liqada pley-offa yüksələ bilməyib.

İdman.biz