"Şəki" "Gəncə"yə qalib gəlib - FOTO

Xəbərlər
17 Aprel 2025 16:17
533
"Şəki" "Gəncə"yə qalib gəlib - FOTO

Bu gün kişilərin Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç baş tutub.

Günün yeganə qarşılaşması Şəkidə keçirilib. Eyniadlı komanda "Gəncə"ni qəbul edib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Meydan sahibləri overtaymda qələbə qazanıb.

Azərbaycan Basketbol Liqası

Pley-off, ilk oyun
17 aprel

14:00. “Şəki” – “Gəncə” - 85:84 OT (24:17, 19:23, 18:19, 20:20, 6:5)

Şəki OİK

Qeyd edək ki, komandalar arasında ikinci matç aprelin 22-də Gəncədə keçiriləcək.

İdman.biz

Məqalədə: