İkiqat NBA çempionu "Finiks"i tərk edir

Xəbərlər
17 Aprel 2025 18:25
215
İkiqat NBA çempionu "Finiks"i tərk edir

NBA-nın ulduz basketbolçularından Kevin Dürant komandasını dəyişə bilər.

İdman.biz xəbər verir ki, 36 yaşlı hücumçu ilə "Hyuston Rokets"lə maraqlanır.

"Finiks Sanz"da çıxış edən Kevin uğursuz nəticələrdən sonra klubu tərk etməyi düşünür. Dürantın komandası müntəzəm çempionatı 11-ci pillədə başa buraraq, pley-offa düşmək şansını itirib. O, bu mövsümdə keçirdiyi 62 oyunda orta hesabla 26,2 xal toplayıb, 6 ribaund və 4,2 assisentlik nəticə göstərib.

Qeyd edək ki, Dürant "Qolden Steyt Uorriorz"un heyətində iki dəfə NBA çempionu olub.

İdman.biz