Basketbol üzrə Avroliqada müntəzəm çempionatın ən yaxşı məşqçisi açıqlanıb.
İdman.biz xəbər verir ki, “Fənərbağça” basketbol komandasının çalışdırıcısı Şarunas Yasikeviçyus fərqlənib.
Litvalı mütəxəssis səsvermədən sonra ən yaxşı məşqçi mükafatına layiq görülüb. İstanbul təmsilçisi Yasikeviçyusun başçılığı ilə müntəzəm mövsümü 23 qələbə və 11 məğlubiyyətlə ikinci sırada tamamlayıb.
Qeyd edək ki, "Fənərbaxça" pley-offada Fransanın "Paris" klubu ilə qarşılaşacaq.
İdman.bizы