Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off davam edir.
İdman.biz xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində iki matç keçirilib.
Qarşılaşmalar Bakı İdman Sarayında baş tutub. Öncə “Neftçi” “Ordu”nu sınağa çəkəcək. Hərbçilər böyük fasiləyə üstün yollansalar da, "ağ-qaralar" 3-cü periodda özlərinə gəliblər. 10 dəqiqə ərzində 20 xallıq fərq əldə edən "Neftçi" görüşü qələbə ilə başa vurub.
Ardınca “Sabah”la “Sərhədçi” qarşılaşıb. Çempion son dövrəyədək rəqib ciddi müqaviməti ilə üzləşib. Rimas Kurtinaytisin komandası son 10 dəqiqədə müdafiədə etibarlı oyun sayəsində rəqibi fərqli məğlub edib.
Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
Pley-off, ilk oyunlar
18 aprel
18:00. “Neftçi” – “Ordu” - 93:84 (19:24, 17:21, 38:18, 19:21)
Bakı İdman Sarayı
21:00. “Sabah” – “Sərhədçi” - 90:64 (16:21, 24:18, 15:21, 35:4)
Bakı İdman Sarayı
İdman.biz