“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə MVP-si (Ən dəyərli oyunçu) seçilib.
İdman.biz xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri “Gəncə” ilə pley-off oyunundan öncə amerikalı oyunçunu mükafatlandırıb.
Veyr XV (“Lənkəran”la oyun – 33 xal), XVI (“Ordu” ilə oyun – 33 xal) və XX turda (“Lənkəran”la oyun – 23 xal) oyunun MVP-si seçilib.
İdman.biz