Rimas Kurtinaytis: "Özümüzə bənzəmirdik"

Xəbərlər
18 Aprel 2025 23:46
51
Rimas Kurtinaytis: "Özümüzə bənzəmirdik"

"Hər iki tərəf oyuna tam hazır deyildi. Rəqib son 9 gündə dördüncü oyununa çıxırdı".

Idman.biz xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Sərhədçi" ilə oyundan sonra deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyununda qazanılmış 90:64 hesablı qələbəni şərh edib: "Bizim isə fasilədən sonra ilk oyunumuz idi. Bu səbəbdən rəqib sonuncu periodda problem yaşadı. Biz isə əksinə oyunun əvvəlində özümüzə bənzəmirdik. Buna baxmayaraq gedişatı dəyişməyi bacardıq və basketbolçularımız yenidən oyun ritminə qayıtdı".

Qeyd edək ki, seriyanın ikinci oyununa "Sərhədçi" evsahibliyi edəcək.

İdman.biz