Pley-off: “Naxçıvan” “Abşeron”a qalib gəlib - YENİLƏNİB - FOTO

Xəbərlər
19 Aprel 2025 16:02
289
Pley-off: “Naxçıvan” “Abşeron”a qalib gəlib - YENİLƏNİB - FOTO

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub.

Günün yeganə matçı Bakı İdman Sarayında keçirilib. “Naxçıvan” “Abşeron”u sınağa çəkib. Gərgin keçən oyun birincilərin qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 aprel

14:00. “Naxçıvan” – “Abşeron” - 88:83 (24:19, 26:26, 17:16, 21:22)

Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.

İdman.biz