Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilir.
İdman.biz xəbər verir ki, bu gün bir qarşılaşma olub.
"Gəncə" evdə "Şəki"yə 94:71 xal hesabı ilə qalib gəlib.
Rəqiblərin ilk oyununda "Şəki" qalib gəldiyindən (85:84) növbəti mərhələyə çıxacaq komandanı müəyyənləşdirmək üçün üçüncü matç keçiriləcək. Bu cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" qarşılaşmasının güclüsü ilə görüşəcək.
Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
20 aprel
14:00. "Gəncə" - "Şəki" 94:71 (28:22, 21:13, 22:21, 23:15)
Gəncə İdman Sarayı
Qeyd edək ki, pley-off mərhələsinin ikinci oyunları çərçivəsində növbəti qarşılaşmalar aprelin 21-22-də keçiriləcək.
İdman.biz