Kendrik Nann Avroliqanın MVP-si seçilib

Xəbərlər
21 Aprel 2025 19:59
151
Kendrik Nann Avroliqanın MVP-si seçilib

Avropaliqada 2024/2025 mövsümündə müntəzəm çempionatın ən yaxşı basketbolçusu bəlli olub.

İdman.biz xəbər verir ki, "Panatinaikos"un hücumameylli müdafiəçisi Kendrik Nann MVP seçilib.

Amerikalı basketbolçu çempionatda keçirdiyi 33 oyunda orta hesabla 21,1 xal toplayıb, 3,6 ribaund və 4,3 ötürmə ilə yadda qalıb. Nannın uğurlu oyunu sayəsində "Panatinaikos" 22 qələbə və 12 məğlubiyyətlə 3-cü pilləni tutub.

Qeyd edək ki, yunan klubu pley-offda "Anadolu Efes"lə qarşılaşacaq.

İdman.biz