"Qələbə qazandığımıza görə şadam".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Sərhədçi" ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi seriyasında qazanılan ikinci qələbəni şərh edib. O, müdafiədəki səhvləri xüsusilə vurğulayıb: "İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq".
Qeyd edək ki, "Sabah" "Sərhədçi"yə 100:77 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
İdman.biz