"Neftçi"nin baş məşqçisi: "Əla nəticədir"

Xəbərlər
21 Aprel 2025 22:51
59
"Neftçi"nin baş məşqçisi: "Əla nəticədir"

"Komandamı təbrik edirəm, ilk dəfədir ki, liqanın yarımfinalına yüksəlirik".

İdman.biz xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının məşqçisi Daviti Çivçivadze "Ordu" ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində qazanılan uğuru şərh edib: "Bu, bizim üçün əla nəticədir. Bundan əvvəlki oyunda hücum və müdafiədə bəzi səhvlərimiz var idi. Hazırlıq üçün cəmi iki günümüz olsa da, bu səhvləri düzəltdik. Oyunçularımla fəxr edirəm. Çox böyük iş gördülər. Rəqib komandanı 54 xalda saxladıq və "Ordu" kimi perimetrik basketbol oynayan komandaya qarşı bu nəticə çox gözəl göstəricidir. Yarımfinala hazırlaşacağıq. Rəqibin kim olmasından asılı olmayaraq, ən güclü tərəfimizi göstərməyə çalışacağıq".

Qeyd edək ki, "Neftçi" pley-off seriyasının ikinci matçında "Ordu"ya 88:54 hesabı ilə qalib gəlib.

İdman.biz