Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.
İdman.biz xəbər verir ki, bu gün keçirilməli olan iki matçdan biri başa çatıb.
“Şəki” və “Gəncə” üçüncü qarşılaşmada qarşılaşıb. Hərəyə bir qələbə qazanan rəqiblərin həlledici duelində Şəki təmsilçisi qalib gələrək yarımfinala adlayıb.
Günün ikinci matçında “Abşeron” “Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. İlk görüşdə 88:83 hesablı qələbə qazanan “Naxçıvan” yarımfinala adlamaq üçün ikinci dəfə qalib gəlməyə çalışacaq. Bu cütün qalibi növbəti raundda “Neftçi” ilə görüşəcək.
Azərbaycan Basketbol Liqası
22 aprel
Pley-off mərhələsi
3-cü oyun
14:00. “Şəki” – “Gəncə” – 85:83 (15:19, 26:14, 20:26, 24:24)
Şəki OİK
Seriyada hesab – 2:1
2-ci oyun
19:00. “Abşeron” – “Naxçıvan”
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1
Qeyd edək ki, bunadək “Sabah”la “Neftçi” yarımfinala yüksəlib.
İdman.biz