Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, 3-cü oyunlar çərçivəsində son matç keçiriləcək.
“Naxçıvan”la “Abşeron” yarımfinala vəsiqə üçün həlledici matça çıxacaq. Hərəyə bir qələbə qazanan komandaların son dueli Bakı İdman Sarayında baş tutacaq.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, 3-cü oyun
24 aprel
19:00. “Naxçıvan” – “Abşeron”
Bakı İdman Sarayı
Seriyada hesab – 1:1
Qeyd edək ki, bu cütün qalibi yarımfinalda “Neftçi” ilə qarşılaşacaq. Digər cütdə “Sabah”la “Şəki” üz-üzə gələcək.
İdman.biz