Azərbaycan Basketbol Liqasında bütün yarımfinalçıların adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, pley-off seriyasında "Abşeron" son vəsiqəyə sahib çıxıb.
Finala gedən yolda son çempion "Sabah" "Şəki" ilə qarşılaşacaq. "Neftçi" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. İki qələbə qazanan komandalar finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarımfinal matçlarına aprelin 26-da start veriləcək.
İdman.biz