Erhan Toker: "Sonunda bacardıq"

Xəbərlər
24 Aprel 2025 22:27
68
Erhan Toker: "Sonunda bacardıq"

"Pley-in görüşlərindən bu yana çox yaxşı mübarizə aparırıq. İşimiz çətin idi. İlk oyunu uduzmuşduq. Bu qələbə asan başa gəlmədi".

İdman.biz xəbər verir ki, bunu "Abşeron" basketbol komandansının baş məşqçisi Erhan Toker "Naxçıvan"la oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin 3-cü matçında qazanlan 78:73 hesablı qələbəni şərh edib: "Oyunçularımı təbrik edirəm. Konsentrasiyalarını itirmədilər. Sona qədər mübarizə apardılar. Bu tip matçlar məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir. Hər hansı gərgin məqamda pozitiv olmağa çalışdıq. Sonunda bacardıq. Hazırda çox yorğunuq. Yarımfinalın ilk oyununa qədər vaxt azdır. İstiahət edib, dərhal növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, pley-off seriyasının ilk matçında uduzan "Abşeron" vəziyyəti öz xeyrinə dəyişərək "Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz