Azarkeşlərdən qeyri-adi HƏRƏKƏT - FOTO

Xəbərlər
25 Aprel 2025 11:27
191
Azarkeşlərdən qeyri-adi HƏRƏKƏT - FOTO

NBA-da "Los Anceles Klippers"in azarkeşləri cərimə atışları zamanı "Denver Naggets"in basketbolçularının diqqətini yayındırmaq üçün at maskalarından istifadə ediblər.

İdman.biz xəbər verir ki, fanatlar komandalarına kömək etmək üçün belə vasitələrdən də yararlanırlar.

Bu seçimin səbəbi ilə bağlı rəsmi təsdiq yoxdur, lakin ola bilsin ki, bu, "Naggets"in ulduzu Nikola Yokiçin atlara olan sevgisinə işarədir. 2023-cü ildə NBA-nın finalında qələbə qazandıqdan sonra Yokiçin atlarına qulluq etmək üçün Serbiyanın Sombor şəhərinə yollanmağı səbirsizliklə gözlədiyi və hətta at yarışlarına görə Denverdəki çempionlar paradını buraxmağı düşündüyü bildirilir.

Qeyd edək ki, seriyanın 3-cü oyunu “Klippers”in darmadağınlı qələbəsi ilə başa çatıb – 117:83.

İdman.biz

Məqalədə: