Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis Azərbaycana səfəri çərçivəsində Azərbaycan Basketbol Federasiyasında (ABF) olub.
İdman.biz xəbər verir ki, FIBA rəsmisi federasiyanın əməkdaşları ilə görüşərək onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.
Görüş zamanı Zaqklis Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və federasiya əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində onların səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.
Federasiya əməkdaşları ilə səmimi söhbət edən FIBA baş katibi onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.
İdman.biz