“Neftçi” geridönüş edərək “Abşeron”a qalib gəlib

Xəbərlər
27 Aprel 2025 17:28
412
“Neftçi” geridönüş edərək “Abşeron”a qalib gəlib

Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün yeganə qarşılaşma Bakı İdman Sarayında keçirilib.

“Neftçi” “Abşeron” ilə ilk oyunda geridönüş edərək pley-off seriyasında 1:0 önə keçib.

Rəqiblərin növbəti qarşılaşması aprelin 29-da keçiriləcək.

Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin açılış görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.

Azərbaycan Basketbol Liqası
Yarımfinal, ilk oyun
27 aprel
14:00. “Neftçi” – “Abşeron” 97:93 (17:19, 22:24, 24:23, 23:20, 11:7)

Bakı İdman Sarayı

dman.biz