Daviti Çivçivadze: “Abşeron”oyuna yetərincə hazırlaşmışdı”

Xəbərlər
27 Aprel 2025 18:20
227
Daviti Çivçivadze: “Abşeron”oyuna yetərincə hazırlaşmışdı”

"Çox çətin oyun idi. Rəqib komanda yaxşı təşkil olunmuşdu və oyuna da yetərincə hazırlaşmışdı”.

İdman.biz xəbər verir ki, bunu kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyununda “Abşeron”a qalib gələn (97:93) “Neftçi”nin məşqçisi Daviti Çivçivadze deyib.

Mütəxəssis bildirib ki, komandası 3-cü matçını oynayarkən onlar artıq 7-ci görüşlərini keçirirdilər: “İlk yarımhissədə 3 xallıq ata bilməmişdik. Bu tabloda bizə təsir edirdi. İkinci yarımhissədə biz 3 xallıqları qazanmağa başladıq və oyunu qaytardıq. Oyunçularım müdafiədə böyük iş gördülər. Ancaq işimiz hələ bitməyib. "Abşeron" çox təhlükəli komandadı və artıq bunu iki dəfə sübut edib. Cavab oyununa daha yaxşı hazırlasacağıq. Qələbə münasibətilə bütün "Neftçi" ailəsini təbrik edirəm”.

Qeyd edək ki, rəqiblərin növbəti qarşılaşması aprelin 29-da keçiriləcək.

İdman.biz