“Sabah” Şəki səfərində, “Neftçi” “Abşeron”la üz-üzə

Xəbərlər
29 Aprel 2025 09:48
199
“Sabah” Şəki səfərində, “Neftçi” “Abşeron”la üz-üzə

Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün ikinci oyunlar keçiriləcək.

“Sabah” Şəkidə eyniadlı komandanın qonağı olacaq. Bakı İdman Sarayında isə “Abşeron”la “Neftçi” üz-üzə gələcək.

Qeyd edək ki, ilk oyunlarda “Sabah”la “Neftçi” qələbə qazanıb.

Azərbaycan Basketbol Liqası
Yarımfinal, ikinci oyunlar
29 aprel

14:00. “Şəki” – “Sabah”
Şəki OİK
Seriyada hesab – 0:1

19:00. “Abşeron” – “Neftçi”
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

İdman.biz