Rimas Kurtinaytis: “Nəticə və oyun bizi qane edir”

Xəbərlər
29 Aprel 2025 17:49
267
Rimas Kurtinaytis: “Nəticə və oyun bizi qane edir”

“Qələbəyə görə şadam”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində qarşılaşdıqları “Şəki” ilə oyun haqqında danışıb. Təcrübəli mütəxəssis bildirib ki, 96:72 hesabı qalib gəldikləri ikinci görüşdə də komandasının performasından razı qalıb: “Əla oynadıq. Sonuncu periodda artıq hər şey məlum idi. Səfərdə oynamağımıza baxmayaraq təmkinli çıxış etdik. Nəticə və sərgilənən oyun bizi qane edir. Finalda rəqibimizi gözləyirik. Rəqib komandanı da yarımfinalda yaxşı mübarizəyə görə təbrik edirəm”.

Qeyd edək ki, “Sabah” yarımfinalda “Şəki” ilə hər görüşdə qalib gələrək finala yüksəlib.

İdman.biz