“Pley-offa çıxmağa çox yaxın olduğumuzu bilirik. Amma buna baxmayaraq, Bakıda qələbə qazanmaqla üstünlüyü möhkəmləndirmək istəyirik”.
İdman.biz xəbər verir ki, bunu FİBA Avropa kubokunda "Sabah"ın qonağı olacaq "Nymburk"un çexiyalı basketbolçusu Yaromir Boqaçik deyib.
Hücumçu bildirib ki, noyabrın 22-də Bakıda baş tutacaq matçda Azərbaycan çempionu ilə oyunda qələbəyə köklənib. Onun sözlərinə görə, matç heç də asan olmayacaq: “Bizi qarşıda uzun bir yol gözləyir. Çətin olacaq, amma son dərəcə diqqətli olmalı və qələbə qazanmalıyıq. Qələbə pley-offa digər görüşün nəticəsindən asılı olmayaraq, qrup birincisi kimi yüksəlməyimizə imkan verəcək.
Qeyd edək ki, “Nimburk” 9 xalla D qrupunun lideridir. “Bahçeşehir Kollec”i də onlarla eyni xal toplayıb. 6 xala malik “Mornar”la “Sabah” isə növbəti pillədə qərarlaşıblar. Növbəti mərhələyə isə qrup qalibləri ilə yanaşı, ikinci yerdə qərarlaşacaq ən yaxşı 6 klub yüksələcək.
İdman.biz