Basketbol üzrə Azərbaycan çempionatında VI turun proqramı bəlli olub..
İdman.biz xəbər verir ki, III turdan təxirə salınan “Sabah” - NTD-İNDİQO matçı növbəti həftə baş tutacaq.
Qarşılaşma noyabrın 29-da keçiriləcək. Son turda uduzan "Sabah" qələbə sayəsində birinci pilləyə yüksələ bilər.
VI turun açılış oyununda autsayder "Şəki" Sumqayıta səfərd edəcək. Bu görüşdə meydan sahibləri favorit hesab olunurlar. Dekabrın 2-də keçiriləcək "Xəzri" - "Xırdalan" görüşünü turun mərkəzi matçı hesab etmək olar.
III turdan təxirə salınan oyun
29 noyabr
18:00. “Sabah” - NTD INDIQO
VI tur
1 dekabr
16:00. “Sumqayıt” – “Şəki”
19:00 “Sərhədçi” – NTD INDIQO
2 dekabr
14:00. “Gəncə” – “Neftçi”
15:00. “Xəzri” – “Xırdalan”
18:00. “Sabah” – “Cəlilabad”
İdman.biz