Millimiz İngiltərə və İspaniya ilə eyni qrupda

Xəbərlər
16 Sentyabr 2024 20:08
385
Millimiz İngiltərə və İspaniya ilə eyni qrupda

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

İdman.biz xəbər verir ki, millimiz A qrupunda yarışacaq.

Komandamızın rəqibləri İspaniya, İngiltərə və Gürcüstan olacaq. Seçmə mərhələsində 24 yığma 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, qrup oyunlarına İspaniyanın Kadis şəhəri evsahibliyi edəcək.

İdman.biz