Yığmamızın pley-offdakı rəqibi dəqiqləşib

Xəbərlər
8 Oktyabr 2024 23:10
147
Yığmamızın pley-offdakı rəqibi dəqiqləşib

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsinin pley-offundakı rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, millimiz 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.

Komandamız qrup mərhələsini 2 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə başa vurub. Portuqliya isə qrupda keçirdiyi hər 3 oyunu maksimum nəticə ilə başa vurub. Yığmalar arasında oyun sabah 18:45-də start götürəcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsinə Avropa zonasından 4 yığma vəsiqə qazanacaq.

İdman.biz