Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib.
İdman.biz xəbər verir ki, Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Orxan Məmmədov (3) və Sabir Allahquliyev vurub.
Yekunda Superfinalı 14-cü pillədə tamamlayan komandamız A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.
İdman.biz