Ukrayna millisi çimərlik futbolu üzrə dünya çempionatında iştirak etməkdən imtina edib.
İdman.biz yerli Çimərlik Futbolu Assosiasiyasına istinadən xəbər verir ki, buna səbəb iştirakçılar siyahısında Belarus yığmasının yer almasıdır.
Ukraynanın Gənclər və İdman Nazirliyinin qərarına əsasən ölkə idmançıları Rusiya və Belarusun qatıldığı beynəlxalq yarışlarda yollana bilməzlər.
Bundan əvvəl Ukrayna Çimərlik Futbolu Assosiasiyası və Ukrayna Futbol Federasiyası FİFA-ya və Ümumdünya Çimərlik Futbolu Təşkilatına Belarus millisinin turnirdə iştirakını dayandırmaq xahişi ilə müraciət etsə də, qarşı tərəf bu tələbi lazımsız sayıb.
Qeyd edək ki, çimərlik futbolu üzrə dünya çempionatı 2024-cü il fevralın 15-dən 25-dək BƏƏ-də keçiriləcək.
İdman.biz