Azərbaycan – İngiltərə matçının vaxtı açıqlanıb

Xəbərlər
2 Aprel 2025 15:49
57
Azərbaycan – İngiltərə matçının vaxtı açıqlanıb

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsində (EBSL) keçiriləcək oyunların təqvimi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

B Liqasının A qrupunda yer alan Azərbaycan milli komandası Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.

Millimiz mayın 23-də İngiltərə, ertəsi gün Belçika, son oyun günündə Litva ilə qarşılaşacaq. İlk iki matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Ayın 25-də keçirilək görüş isə 14:15-də start götürəcək.

İdman.biz

Məqalədə: