Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının sonuncu mərhələsi keçiriləcək.
İdman.biz saytı federasiyaya istinadən xəbər verir ki, həlledici oyunlar 31 avqust-3 sentyabr tarixlərində baş tutacaq.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yarışda həm qadınlar, həm də kişilərdən ibarət komandalar mübarizə aparacaqlar. Qarşılaşmalar Su İdmanı Sarayında təşkil olunacaq.
Qeyd edək ki, çempionatın ilk mərhələsi iyunun 24-27-də, II mərhələ isə iyulun 29-dan avqustun 1-dək keçirilib.
İdman.biz