İyunun 21-23-də Türkiyədə çimərlik voleybolu üzrə "Bioderma Pro Beach Tour" açıq çempionatı təşkil olunub.
İdman.biz xəbər verir ki, İstanbulda keçirilən turnirdə ümumilikdə 23 qadın və 30 kişi komandası iştirak edib.
Azərbaycan yarışda 3 qadın (Çinarə Quliyeva/Larisa Smeltsova, Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Lizi Latsabidze/Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov/Heydər Məmmədli, Akşin Ağazadə/Fərda Dünyayev) ilə təmsil olunub.
Qadınların mübarizəsində Çinarə Quliyeva/Larisa Smeltsova cütü uğurlu çıxışla yadda qalıb. Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutublar.
Qeyd edək ki, cütlük ötən mövsüm eyni yarışda 20-ci olub.
İdman.biz