Pley-offun astanasında - FOTO

Xəbərlər
18 İyul 2024 11:03
134
Pley-offun astanasında - FOTO

Avropa Oyunları Parkında çimərlik voleybolu üzrə Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışda 9 qadın və 10 kişi komandası iştirak edir.

İştirakçılar iki yarımqrupa bölünür.

Qadınların birinciliyində “Azərreyl-1”, “Azərreyl-2”, “Xarı Bülbül Şuşa” və “Gəncə” A qrupunda, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, “Şəmkir” və 7 nömrəli Olimpiya Ehtiyatı Məktəbi B yarımqrupunda komandaları mübarizə aparır.

Kişilərin çempionatında A yarımqrupunda “Şəmkir”, “Zəfər”, “Azərreyl-2”, “Murov Az Terminal-2”, “Xarı Bülbül Şuşa”, B yarımqrupunda isə “Azərreyl-1” “Azərreyl- 3”, “Murov Az Terminal”, MOİK və “Qaraqaya” çıxış edir.

Bu gün axşam pley-off mərhələsinin oyunları keçiriləcək.

İdman.biz

Məqalədə: