Çimərlik voleybolunda final həyəcanı

Xəbərlər
19 İyul 2024 11:21
123
Çimərlik voleybolunda final həyəcanı

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşəcək.

İdman.biz xəbər verir ki, yarışın son günündə medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Kişilərin finalında “Azərreyl-3” və “Azərreyl-1” çempionluq üçün mübarizə aparacaq. “Şəmkir” və “Azərreyl-2” isə bürünc uğrunda matçda üz-üzə gələcək.

Qadınlar arasında turnirin həlledici oyununda “Azərreyl-1” və “Murov Az Terminal”la qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə isə “Azərreyl-2” və “Milli Aviasiya Akademiyası” komandaları mübarizə aparacaq.

Qeyd edək ki, çempionat Su İdmanı Mərkəzində keçirilir. Qaliblər klublararası Avropa çempionatına vəsiqə qazanacaqlar.

İdman.biz

Məqalədə: