"Azərreyl-1" Azərbaycan çempionu olub

Xəbərlər
19 İyul 2024 19:52
204
"Azərreyl-1" Azərbaycan çempionu olub

Çimərlik voleybolu üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, "Azərreyl-1" çempion titulunu qazanıb.

"Dəmiryolçular" finalda "Murov Az Terminal"ı məğlub edib. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməyib. Komandalar hər iki görüşdə 2:0 hesabı ilə qalib gəliblər. Nəticədə həlledici set oynanılıb və "Azərreyl-1" 15:11 hesabı ilə qələbəni bayram edib.

Qeyd edək ki, çempion komanda oktyabrda Türkiyədə keçiriləcək klublararası Avropa çempionatında iştirak etmək hüququ qazanıb.

İdman.biz